“Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var”

“Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var”
MEDIA
13:20 12.01.2023
139
"Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, onlar qalan müddət ərzində müraciət edə bilərlər:

"Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.
OXŞAR XƏBƏRLƏR