Puerto-Rikolu dünya ulduzu Ricki Martin İstanbulda sevənləri ilə görüşəcək.
AZXEBER.COM xəbər verir ki, konsert iyulun 11-də baş tutacaq.
Uzun illərdən sonra Türkiyəyə gələcək məşhur müğənninin konsert öncəsi kulis tələbləri diqqət çəkib.
Bildirilir ki, təbii sağlamlıq və bərpa üsullarına marağı ilə tanınan sənətçi xüsusi oksigen kapsulu istəyib.
Bundan əlavə, Riki Martinin proqramına ənənəvi palçıq terapiyaları da daxil edilib. Müğənninin komandası isə onun istirahət, meditasiya və nəfəs məşqləri edə bilməsi üçün xüsusi məkanların hazırlanmasına başlayıb.
Qeyd edək ki, "Livin' la Vida Loca", "Maria" və "The Cup of Life" kimi hitləri ilə tanınan dünya ulduzu iyulun 11-də İstanbulun KüçükÇiftlik Park səhnəsində çıxış edəcək.
Aysel











































