Romada Azərbaycan qazının İtaliyaya nəqlinə həsr edilən Beynəlxalq konfrans keçirilib – FOTOLAR

Romada Azərbaycan qazının İtaliyaya nəqlinə həsr edilən Beynəlxalq konfrans keçirilib – FOTOLAR
İQTİSADİYYAT
14:30 28.09.2013
1554
İtaliyanın aparıcı tədqiqat qurumlarından biri olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Romadakı Ripetta mərkəzində “Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi” adlı Beynəlxalq konfrans keçirmişdir.AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, kütləvi informasiya orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.BMİ-nin prezidenti, səfir Ferdinando Nelli Feroçi konfransda çıxış edərək rəhbərlik etdiyi institutun Cənubi Qafqaz regionuna, xüsusən Azərbaycanın daxili və xarici siyasətinə artan marağını qeyd etmiş, keçirilən tədbirin rəsmi Bakının enerji siyasətinə həsr olunduğunu bildirib.İtaliyanın xarici işlər nazirinin müavini, xanım Marta Dassu çıxış edərək Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolu, Trans-Adriatik Qaz Kəməri layihəsinin seçilməsinin vacibliyi və onun gələcək perspektivləri haqqında fikirlərini bölüşüb.Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizdə aparılan uğurlu enerji siyasətinin tarixi və bölgədə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsində davam edən səyləri diqqətə çatdırıb.Bildirilib ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Trans-Adriatik Qaz Kəməri layihəsinin bu ilin iyun ayında seçilməsi növbəti dəfə tərəfdaşlıq münasibətlərinin qurulmasının bariz nümunəsidir.Səfir cari ilin avqustunda İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana rəsmi səfərini xatırlatmış, ölkələrimiz arasında olan münasibətlərin yüksək səviyyədə olması barədə bəyanatın qəbul edildiyini vurğulamışdır.V.Sadıqov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun hərtərəfli inkişafına mənfi təsirini qeyd edib.Daha sonra Gürcüstanın İtaliyadakı səfiri Karlo Sixarulidze, Türkiyənin səfiri Hakkı Akil, Yunanıstanın səfiri Temistoklis Demiris, Albaniyanın səfiri Neritan Çeka, Trans-Adriatik qaz kəməri layihəsinin İtaliya üzrə nümayəndəliyinin rəhbəri Campaolo Russo və ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin ofisinin baş məsləhətçisi Daniel Stayn çıxış ediblər.Natiqlər ölkələrarası enerji əməkdaşlığının inkişaf tarixi, enerji qaynaqlarının şaxələndirilməsi, yeni alternativ mənbələrin dünyanın enerji xəritəsinə təsiri, Avrasiyada enerji əməkdaşlığının yeni imkanları, Cənubi Qaz Dəhlizinin tərkib hissəsi və Trans-Anadolu Qaz Kəmərinin davamı olan Trans-Adriatik Qaz Kəməri layihəsinin vacibliyi və gələcək perspektivləri, Avropa İttifaqının timsalında yeni bazarların müəyyənləşdirilməsi, uzunmüddətli əlaqələrin təşviqi məsələləri haqqında öz fikirlərini bölüşüblər.Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılmış və mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU