Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı

Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
MAQAZİN
23:51 11.08.2026
257
Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezlə evlənib.

Bu barədə məlumatı futbolçu özü təsdiqləyib. Ronaldo sosial media hesabında Corcina ilə nikah üzüklərini yayımlayıb.

Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.

Corcina və Ronaldo 2016-cı ildən münasibətdədirlər. Bir müddət əvvəl Ronaldo ona evlilik təklifi edib.

/Axşam.az

 


OXŞAR XƏBƏRLƏR