Ronaldu antirekordunu təkrarladı

Ronaldu antirekordunu təkrarladı
İDMAN
19:40 07.06.2026
232
Kriştianu Ronaldu son iki ildə ilk dəfədir ki, Portuqaliya millisinin heyətində ardıcıl iki oyunda qol vura bilmir.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, iyunun 6-da Portuqaliya yığmasının Çili millisinə qarşı keçirdiyi matçda (2:1) komandanın kapitanı Ronaldu qolsuz seriyasını uzadıb.

Ulduz portuqaliyalı yoldaşlıq oyununda fərqlənə bilməyib, bu isə o deməkdir ki, Ronaldu ardıcıl iki oyunda və son dörd görüşün üçündə qol vura bilməyib.

Xatırladaq ki, Ronaldu daha əvvəl ardıcıl beş matçda rəqib qapılarına yol tapa bilməmişdi - o, bu uğursuz göstəriciyə Avro-2024-də imza atmışdı.
OXŞAR XƏBƏRLƏR