"Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru yaranan vəziyyətlə bağlı qardaşına açıq məktub yazıb.
Klubun prezidenti Florentino Peres hücumçunun meneceri Jorje Mendeşə bildirib ki, müştərisi üçün yeni komanda axtarsın.
Bu gün yayılan xəbərə əsasən, Ronaldu klub prezidenti tərəfindən verilən və əməl edilməyən vədlərdən yorulub. Portuqaliyalı futbolçu bildirir ki, ilk olaraq söhbət puldan edir.
Ronaldu özünü dünya tarixinin ən yaxşı futbolçusu sayır. Buna görə də illik olaraq 40 milyon avro maaş tələb edir. Ronaldu "Barcelona" klubunun hücumçusu Messidən az qazandığı üçün narazıdır.
Ronaldunun bacısı məktubunda yazıb: "Sən Lissabona gedəndə 12 yaşın var idi. Hamı deyirdi ki, Madeyralı növbəti uşaqsan. 5 il ərzində "Sportinq" klubunun əsas heyətinə cəlb edildin. Start heyətində oynamağa başlayanda dedilər ki, növbəti eqoistdir. Sonra sən "Mançester Yunayted"ə keçdin. Bu zaman yazdılar ki, sadəcə perspektivlisən. 6 mövsüm ərzində 118 qol vurdun.
Sən "Real Madrid"ə keçəndə dedilər ki, sən sadəcə köynək satışı üçün adsan. 2009-cu ildən 418 oyunda 422 qol vurdun və bütün dünya rekordlarını təzələdin. Sən 2008-ci ildə ilk "Qızıl top"unu alanda, dedilər ki, bu sondur. Amma sən bu mükafatı 4 il də qazandın. Onlar dedilər ki, sən xarizması və lider keyfiyyətləri olmayan növbəti kapitansan. 2016-cı ildə isə Avropa çempionatı kubokunu başı üzərinə qaldıran ilk portuqaliyalı oldun.
İndi iki və ya üç oyunda qol vurmayanda deyirlər ki, sən artıq tənəzzül edən növbəti oyunçusan. Amma ümidini itirmə. Sən "Qızıl top"la Eyfel qülləsinin zirvəsidə gülümsəyəndə, növbəti həlledici qolu vuranda, yeni rekordu imzalayanda hamını diqqətlə səni izləməyə və alqışlamağa məcbur edirsən. Bədbəxt insanlardır".
olke.az