Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi: Mehmanın dairəsindən

SOSİAL
11:29 24.12.2019
8097

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, nəticəsi ən çox gözlənilən dairələrdən biri də 31 saylı Qaraçuxur seçki dairəsi idi. 

Bu dairənin qalibləri arasında Qafarov Corc XXX oğlu da var.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bu şəxs tanınmış müğənni Roza Zərgərlinin övladıdır. 

Müğənni saytımıza açıqlamasında faktı təsdiqləyib: "Bəli, Corc namizədliyini vermişdi, indi də qalib oldu. İnşALLAH bələdiyyənin sədri də seçilər".

Qeyd edək ki, Corcun 23 yaşı var. O hazırda aktyor kimi fəaliyyət göstərir. 

Məlumat üçün qeyd edək ki, tanınmış bloqqer Mehman Hüseynov da həmin dairədən namizəd idi. 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR