Ruben Amorim "Milan"ın baş məşqçisi oldu

Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
İDMAN
02:49 17.06.2026
247
Ruben Amorim İtaliyanın "Milan" klubunun baş məşqçisi təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı portuqaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. "Sky Sport Italia"nın məlumatına görə, razılaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, mayın 25-də klub komandanın qənaətbəxş olmayan nəticələri ilə bağlı Massimiliano Alleqrinin baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi.

Qeyd edək ki, "Milan" İtaliya çempionatında beşinci yeri tutub və turnirin ən yaxşı dörd komandasının birbaşa vəsiqə qazandığı Çempionlar Liqasına çıxa bilməyib.

Yanvarda Amorim 2024-cü ildən tutduğu İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi postunu tərk edib. Bundan əvvəl mütəxəssis Portuqaliyanın "Kasa Pia", "Braqa" və iki dəfə ölkə çempionatında qələbə qazandırdığı "Sportinq" klublarına rəhbərlik edib.
OXŞAR XƏBƏRLƏR