Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
SİYASƏT
15:18 09.05.2024
302
Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir.

AZXEBER.COM xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev "Baku TV”yə müsahibəsində deyib.

O bildirib ki, rəsmi Sofiya Azərbaycanla əməkdaşlıqda bir çox təşəbbüslərdə iştirak edir:

"Bolqarıstan planetimizin bir çox kritik sahələrində sülh və təhlükəsizliyin gücləndirilməsi üçün həll yollarının tapılmasına töhfə verir. Bu səbəbdən bizim ölkə Azərbaycanla əməkdaşlıqda bir çox təşəbbüslərdə iştirak edir. Regionunuzda sabitlik və təhlükəsizliyi təşviq edirik. Məsələn, əlaqə qurmaq, boru kəmərləri çəkmək, avtomobil və dəmir yolları, yaşıl elektrik xətləri, rəqəmsal kabellər çəkmək və s. Hər şey kabellərlə dəstəklənir. Bu əlaqələr sülh və sabitlik səylərinə töhfə verir. Çünki möhkəm əlaqələr olan yerdən bütün münaqişələr uzaqlaşır”.

Bolqarıstan Prezidenti iki ölkə arasındakı münasibətlərdə enerji məsələlərinin əsas yer tutduğunu söyləyib:

"Enerjidən danışarkən çox şey etdiyimizi qeyd etdim, biz təkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də Qafqazın, Ağ və Qara dəniz regionlarının sabitliyi və iqtisadi inkişafını dəstəkləmək, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün çox iş görmüşük. Məhz bu səbəbdən Azərbaycan və Bolqarıstan arasında enerji əlaqələri çox vacibdir”.

Rumen Radev vurğulayıb ki, çoxölçülü, tammiqyaslı strateji tərəfdaşlıq yaratmaq üçün güclü əlaqə lazımdır:

"Əlaqələrimiz gələcək uğurlarımızın açarıdır. Buna görə də biz gələcək fəaliyyətimizi inkişaf etdirmək üçün bir çox ideyalar paylaşırıq. Prezident İlham Əliyev ilə ölkələrimizin geostrateji yerləşməsindən necə faydalana biləcəyimizlə bağlı müzakirə apardıq. Biz Asiya ilə Avropanı birləşdirən multimodal nəqliyyat dəhlizini inkişaf etdirmək üçün daha çox səy göstərməliyik. Bolqarıstanın Qara dənizə çıxış üstünlüyündən istifadə etməliyik”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanla Mərkəzi Avropa arasında yaşıl enerjini nəql etmək üçün nəzərdə tutulan sulatı elektrik kabeli Bolqarıstan vasitəsilə Qərbi Balkan ölkələrinə də çatacaq.

"Biz yalnız enerji və nəqliyyat əlaqəsinə fokuslanmamalıyıq, rəqəmsal əlaqə gələcəkdir. Bunu Bolqarıstan Gürcüstanla birlikdə inkişaf etdirir. Gürcüstanla Bolqarıstan arasında sualtı rəqəmsal kabel Avropa Komissiyası tərəfindən də dəstəklənir. Bu layihəyə Azərbaycanla Avropa arasında olan bütün rəqəmsal məlumatları da birləşdirməyə imkan verəcək. Buna görə də bu sahədə çox işləyirik”,- deyə R.Radev əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı