07:13 çərşənbə, 19 Fevral 2020
DÜNYA

Rusiya hökuməti tam tərkibdə istefaya getdi

17:53, 15.01.20205356
Rusiya hökuməti tam tərkibdə istefaya getdi
Rusiya hökuməti istefaya gedib.

TASS xəbər verir ki, bu barədə Baş nazir Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə məlumat verib. 

Rusiya Prezidenti Vladimir Putinlə görüşdə o bəyan edib ki, dövlət başçısının Konstitusiyada dəyişikliklər barədə təklifləri fonunda bu qərarı doğru hesab edir.

Putin Medvedev hökumətinə təşəkkür edib və yeni kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb. Prezidentin sözlərinə görə, əldə olunan nəticələrdən razıdır.

Xatırladaq ki, RF dövlət başçısı Vladimir Putin bu gün Federal Yığıncağa müraciətlə çıxış edib.
 
oxu.az
XƏBƏR LENTİ