Rusiya-İran arasında S-300 qalmaqalı böyüyür

Rusiya-İran arasında S-300 qalmaqalı böyüyür
Bütün Xəbərlər
00:20 26.08.2011
1340

"Rusiya üçün S-300 raketlərinin çatdırılması məsələsi artıq başa çatıb. Bununla bağlı İranın Rusiyanı məhkəməyə vermək fikri isə bizdə təəccüb yaratdı". AZXEBER.COM-un məlumatına görə, bu sözləri Rusiya XİN-nin mətbuat üçün həftəlik brifinqində çıxışı zamanı Rusiya xarici siyasət idarəsinin informasiya və mətbuat departamentinin direktoru Aleksandr Lukaşeviç deyib.Onun sözlərinə görə, Rusiyanın bu addımını İranın bu cür qəbul etməsi qəbul edilməzdir: “Bununla belə ənənəvi dost münasibət saxladığımız bir ölkənin məhz bu yola əl atması çox qəribədir. Çünki,bu cür halların qarşılıqlı həlli yollarının axtarılması daha məqsədəuyğundur. Biz bunu İran tərəfi ilə birbaşa dialoq vasitəsilə həll etməyi məqbul sayırıq”.

OXŞAR XƏBƏRLƏR