Rusiya səfirini öldürən 22 yaşlı polislə bağlı ŞOK FAKTLAR

Rusiya səfirini öldürən 22 yaşlı polislə bağlı ŞOK FAKTLAR
DÜNYA
11:41 20.12.2016
1770

 

Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb. 

Araşdırmalar nəticəsində məlum olub ki, çevik polis alayının əməkdaşı olan M.Altıntaş 15 iyul qiyamı zamanı Diyarbakırda ezamiyyətdə olub. 2 günlük ezamiyyətdən sonra M.Altıntaş Ankaraya qayıdıb. Maraqlıdır ki, çevriliş cəhdindən dərhal sonra Diyarbəkir Çevik Polis Alayının rəhbəri Kahraman Sezer FETÖ/PDY terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində həbs edilib. M.Altıntaşa həmin vaxt Ankaraya getmək üçün 2 günlük icazənin də həmin polis rəisi tərəfindən verildiyi üzə çıxıb.

 

Məlum olub ki, iyulun 16-da Diyarbakırdan Ankaraya gələn Mert Altıntaş Demetevler məhəlləsindəki evdə qalıb. Maraqlıdır ki, çevriliş cəhdindən sonra Türkiyədə bütün polislərə icazə almaq qadağan edilib. Bu ərəfədə M.Altıntaşa Kahraman Sezer tərəfindən 2 günlük icazə verilməsi araşdırılır. Onun Ankarada qalmaq üçün qeydiyyata düşdüyü evin "Todays Zaman” qəzetinin müxbirinin adına olması da diqqətdən qaçmayıb. "Todays Zaman” qəzeti Gülən camaatına məxsus olan media qurumlarından biridir. 

 

Bu arada o da məlum olub ki, Mert Altıntaş səfirə qarşı cinayətə öncədən hazırlaşıb. O, Çankaya Sənət Qalereyasının yaxınlığındakı oteldə otaq tutub və tədbirin keçirilməsi saatını gözləyib. Onun hansısa qüvvələr tərəfindən kəşfiyyat məlumatı ilə təmin edildiyi ehtimal edilir.

 

Maraqlı məqamlardan digəri isə Mert Altıntaşın İstanbul Prokurorluğunun apardığı cinayət işlərindən birində şübhəli kimi qeyd edilməsidir. Belə ki, 2012-ci ildə polisə qəbul üçün imtahan verən Mert cavabları kopyaladığı üçün nəzarət altına düşüb. Bununla belə o, polis sisteminə daxil ola bilib və 2014-cü ildə Polis Hazırlıq Məktəbini bitirərək xidmətə başlayıb.

 

Aydının Söke qəsəbəsində qeydiyyatda olan M.Altıntaş ay yarım əvvəl Ankarada qeydiyyata düşüb.

 

Bu arada M.Altıntaşın 3 ailə üzvü saxlanılıb. Onun anası Hamidiye və atası Esrafil Altıntaş ilə birgə mağazada satıcı işləyən bacısı Seher Özeroğlu də ifadə vermək üçün aparılıb. 


///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
12:13 23.06.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
12:12 23.06.2026
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
11:48 23.06.2026
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
11:45 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
11:32 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
11:30 23.06.2026
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
11:26 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
11:23 23.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
11:10 23.06.2026
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
SABAH qruplarına müəllim qəbulu elan edildi
11:06 23.06.2026
SABAH qruplarına müəllim qəbulu elan edildi
Bakı zooparkı ləğv olunur
11:03 23.06.2026
Bakı zooparkı ləğv olunur
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
11:02 23.06.2026
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
11:00 23.06.2026
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
10:39 23.06.2026
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
10:39 23.06.2026
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti
10:31 23.06.2026
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti