AZXEBER.COM xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi "Press TV” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, işçi qrupları tərəflər arasında əsas mübahisə mövzularının həlli və gələcək əməkdaşlıq mexanizmlərinin hazırlanması üçün fəaliyyət göstərəcək.
Qəribabadi qeyd edib ki, qruplar sanksiyaların ləğvi, nüvə proqramının tənzimlənməsi, ölkənin bərpası və iqtisadi inkişafı, eləcə də monitorinq məsələləri üzrə işləyəcəklər.
Qeyd edək ki, Bürgenştokda keçirilən danışıqlarda İran və ABŞ nümayəndələri ilə yanaşı, vasitəçi qismində digər tərəflərin nümayəndələri də iştirak ediblər. Danışıqların əsas məqsədi bölgədə gərginliyin azaldılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi olub.








































