Rusiya telekanalı Dağlıq Qarabağdan reportaj hazırladı, Azərbaycana işğalçı dedi (MƏTN)

Rusiya telekanalı Dağlıq Qarabağdan reportaj hazırladı, Azərbaycana işğalçı dedi (MƏTN)
Bütün Xəbərlər
12:27 04.09.2011
3616
Rusiyanın "TV Sentr" telekanalı Azərbaycanın işğal edilmiş ərazilərindən qeyri-adekvat reportaj hazırlayıb. AZXEBER.COM xəbər portalı Day.Az-a istinadən bildirir ki, redaksiyaya məktub yollayan oxucu qeyd edir ki, "TV Sentr" telekanalının sentyabrın 2-də Azərbaycanın işğal edilmiş ərazilərindən hazırlanan reportajı efirdə yayaraq  Rusiyanın Rusiyanın "TV Sentr" telekanalı Dağlıq Qarabağ münaqişəsinin tarixini ifrat dərəcədə təhrif edib. Teleradioşirkətin əməkdaşları Anastasiya Martınova, Yaroslav Borisov və Vladimir Çernıxın hazırladıqları reportaj həddən ziyadə birtərəfli olmaqla yanaşı, ölkəmiz “işğalçı” kimi təqdim olunub. Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə dönmüş 1 milyona yaxın azərbaycanlı, həlak olmuş minlərlə soydaşlarımız barədə reportajda bir kəlmə də deyilməyib. Bunun əvəzində videomaterialda özünü Azərbaycanın işğal edilmiş rayonlarından birindəki məktəbin pedaqoqu kimi təqdim edən şəxs erməni uşaqlara Qarabağ münaqişəsinin tarixi barədə uydurmalar danışır, Azərbaycana və xalqımıza nifrət aşılayır. Qalmaqallı reportaj Azərbaycan XİN-nin diqqətindən yayınmayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin dediyinə görə, məsələ qurum tərəfindən araşdırılır: “Araşdırma başa çatandan sonra adekvat reaksiya veriləcək”. 1997-ci ildə yaradılan və o vaxtdan bəri əsasən Rusiya paytaxtı ilə Moskva vilayətindən bəhs edən “TV Sentr” telekanalının Azərbaycanın işğal edilmiş ərazilərinə “qəflətən” çəkiliş qrupu yollaması müəmmalıdır. Biz isə öz tərəfimizdən oxucularımızdan xahiş edirik ki, Rusiya telekanalının ünvanına məktub yollayaraq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutulmasını, habelə sentyabrın 2-dəki reportajda səslənmiş “fakt”ların təkzibini tələb edin. Məktubu bu keçid (https://beta.tvc.ru/feedback.aspx) vasitəsilə yazmaq olar. Rus dilində mətn belədir: “Здравствуйте, Хочу сообщить вам о скандальном репортаже на вашем канале, вышедшем в эфир 2 сентября и подготовленным с оккупированных территорий Азербайджана (https://www.tvc.ru/AllNews.aspx?id=492b118b-8824-4157-9e72-7b6c6fc53460). Во-первых, территория Нагорного Карабаха и семи оккупированных вокруг нее районов является международно-признанной территорией Азербайджана, что подтверждается огромным множеством документов и резолюциями ООН. Данные земли являются составной частью Азербайджана, что признается всеми странами мира, в том числе и Россией. Поэтому, посещение данной территории вашей съемочной группой должно было произойти лишь после соответствующей санкции на то со стороны официального Баку. Во-вторых, мысли, высказанные в качестве “неоспоримых фактов” в ходе репортажа Анастасии Мартыновой крайне искажали историю карабахского конфликта и являлись совершенно неадекватными. В частности, о тысячах убитых азербайджанцах и более миллиона беженцев в результате агрессии Армении не было сказано ни слова. Отметим, что данный репортаж вызвал крайнее недовольство в Азербайджане, а также среди азербайджанцев, проживающих в других странах. В связи с этим, для сохранения вашей же репутации просим вас дать опровержение в эфире ТВЦ мыслям, высказанным в качестве “неопровержимых фактов” в репортаже Мартыновой и впредь никогда не демонстрировать видеосюжета, показанного 2 сентября. Заранее благодарю за внимание и надеюсь на то, что вы прислушаетесь к моему письму.
OXŞAR XƏBƏRLƏR