Rusiya Ukraynada bir sıra obyektlərə zərbə endirdi

Rusiya Ukraynada bir sıra obyektlərə zərbə endirdi
DÜNYA
14:02 13.09.2026
107
Rusiya Müdafiə Nazirliyi Ukraynada logistika mərkəzinə, enerji və dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirildiyini açıqlayıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynadakı müxtəlif hədəflərə hücumlar həyata keçirib.

Bildirilib ki, Odessa vilayətində hərbi yüklərin saxlanması və paylanması üçün istifadə edilən "Novaya Poçta” logistika mərkəzi də hədəfə alınıb.

Açıqlamada Odessa və Nikolayevdəki limanların fəaliyyətini təmin edən iki transformator yarımstansiyasına da zərbə endirildiyi qeyd olunub.

Həmçinin Ukraynanın qərb bölgələrində Avropa ölkələrindən hərbi yüklərin daşınması üçün istifadə edilən dəmir yolu infrastrukturu obyektlərinin vurulduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi hücumların havadan yüksəkdəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR