Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq olmaz”

Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq olmaz”
Bütün Xəbərlər
20:41 09.06.2011
1229

 

Rusiya Xarici İşlər Nazirliyi əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq olmaz. Bu yanaşma ilə qurumun rəhbəri Sergey Lavrov şənbə günü Ermənistandan və Azərbaycandan olan həmkarları ilə görüşəcək. “İnterfaks” agentliyinin məlumatına görə, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib: “Qarabağ münaqişəsinin tarixində ilk dəfədir ki, Qarabağ məsələsində 3 həmsədr ölkənin – Rusiya, ABŞ və Fransa prezidentlərinin belə dəqiq mövqeyi var. Dovil bəyanatı tərəflərə məsələnin siyasi tənzimlənməsinin hansı səviyyəyə çatdığını başa düşməyə kömək edəcək və daha sonra qarşıda əsas prinsiplərin qəbulu kimi konkret məqsəd olacaq”.

Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşü Moskvada iyunun 11-də baş tutacaq. Onlar prezidentlərin iyunun sonunda keçiriləcək Kazan görüşünü hazırlamalıdır.

//ANS

OXŞAR XƏBƏRLƏR