Moskva ikitərəfli münasibətlərin inkişafı məsələlərinə dair İrəvanla dialoq çərçivəsində Gümrüdəki Rusiya hərbi bazasının gələcək taleyini müzakirə etməyə hazırdır.
Bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib.
"Rusiyanın yerləşdirilmiş hərbi bazaya dair mövqeyini Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də keçirilən mətbuat konfransında aydın şəkildə ifadə edib. Əlbəttə, Ermənistan tərəfinin təklif etdiyi Rusiya-Ermənistan əlaqələrinin perspektivlərinə dair əsaslı söhbət çərçivəsində bazamız ətrafındakı məsələlərin tam məcmusunu nəzərdən keçirməyə hazırıq", - o qeyd edib.
Kaluqinin sözlərinə görə, müzakirələr Rusiya kontingentinin Ermənistan ərazisində olmasını tənzimləyən müvafiq müqavilə və sazişlər əsasında qurulacaq.
///report///











































