Rusiyada 17 yaşlı azərbaycanlı qızı oğurladılar

Rusiyada 17 yaşlı azərbaycanlı qızı oğurladılar
Bütün Xəbərlər
12:23 05.09.2014
1406
Oğurlanan qız Peterburq tibb kolecinin ikinci kurs tələbəsidir.
Sankt-Peterbur şəhərində (Rusiya) naməlum şəxslər 17 yaşlı qızı oğurlayıblar.
Hadisə “McDonalds” restoranının qarşısında baş verib.
“Çernaya reçka”, 53 ünvanında “Nissan Almera” avtomobilindən bir neçə naməlum şəxs enərək qızı zorla maşna mindirib, naməlum istiqamətdə aparıblar.
Qızın yanında olan rəfiqəsi, hadisə barədə oğurlanan qızın atasına xəbər verib. 42 yaşlı ata, Peterburq şirkətlərinin birində taksi sürücüsü işləyir. Polis “005” dövlət nişanlı avtomobili axtarır.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR