Rusiyada 29 yaşlı qadından dəhşətli əməl - 3 uşağını vəhşicəsinə öldürdü

Rusiyada 29 yaşlı qadından dəhşətli əməl - 3 uşağını vəhşicəsinə öldürdü
DÜNYA
15:02 15.04.2025
327
Rusiyada ana üç uşağını baltalayıb.

AZXEBER.COM xarici mətbuata istinədən xəbər verir ki, aprelin 14-də Rusiyanın Krasnoyarsk vilayətinin Kansk şəhərində baş verən faciəli hadisədə 29 yaşlı Valentina Mıtko dörd yaşlı qızı, səkkiz yaşlı oğlu və yeddi aylıq körpəsini vəhşicəsinə qətlə yetirib.
 
Qonşular hadisənin baş verdiyi evdən qışqırıq səsləri eşitdiklərini, xüsusən də səkkiz yaşlı uşağın "çox yüksək səslə qışqırdığını” bildiriblər. 

29 yaşlı Valentina Mıtko üç azyaşlı uşağını balta ilə öldürdükdən sonra sağ qalan yeganə övladını - 7 yaşlı oğlunu nənə və babasının yanına aparıb.

Sağ qalan yeganə övladını nənə və babasının yanına aparan qadın etdiklərini etiraf edib.
 
Hadisədən sonra Rusiya sosial işçiləri uşaqların risk altında olduğunu bilməsinə baxmayaraq müdaxilə etmədiklərinə görə səhlənkarlıq ittihamı ilə üzləşirlər.
 
Qeyd edək ki, 3 uşaq anasının psixiatrik problemləri olduğu bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR