Rusiyada azərbaycanlı “vorların” qanlı münaqişəsinin yeni təfərrüatları – FOTOLAR

Rusiyada azərbaycanlı “vorların” qanlı münaqişəsinin yeni təfərrüatları – FOTOLAR
Bütün Xəbərlər
12:12 06.12.2014
10805

Azərbaycanlı “oğru klanlarına” ciddi xəbərdarlıq edildi.

Rusiyanın “Matrosskaya tişina” istintaq təcridxanası cinayətkarların qanlı münaqişələrinin yeni məkanıdır.

İlkin olaraq onlarla adam“Zayka” ləqəbli kriminal avtoritet Zaur Əliyevə hücum ediblər.

Bu qisasın təşkilatçısı “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) olub.

“Zayka”ləqəbli kriminal avtoritet Zaur Əliyev.

Dekabrın 2-də isə digər“qanuni oğru” Nukri Doçiya (Nurki Qalski), “Zayka”nın xətrinə dəyənləri, o cümlədən də peşəkar killeri – Topal Nazimi vəhşicəsinə döyüb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Zaur Əliyevin qaldığı kameraya, Nazim Hümbətovun (Topal Nazim) və kriminal avtoritet Erdak Lənkəranskinin başçılığı altında 30-a yaxın adam soxulub.

Killer Nazim Hümbətov - Topal Nazim

Əli qandallı olan “Zayka”nı döyməyə başlayıblar, bütün bu proses eyni anda bir neçə telefon ilə kameraya çəkilib, eləcə də Nadir Səlifovun cəza çəkdiyi Azərbaycan həbsxanalarından birində birbaşa Skype ilə nümayiş etdirilib. Bu qisasın təkilatçısı Lotu Quli olub, münaqişədə onun əlaltılarından başqa, həm də Rövşən Caniyevin (Rövşən Lənkəranski) briqadasının banditləri iştirak edib.

Qeyd etmək lazımdır ki, Quli və Rövşən qatı düşməndirlər. Amma bir-birilərindən çox, onlar Zaur Əliyevə nifrət edirlər. “Zayka”nın payını vermək üçün iki “qanuni” səylərini qısa bir müddət üçün birləşdiriblər.

“Zayka”nı bir neçə saat döyüb və işgəncə veriblər (üzündə salamat yer qalmayıb), ondan Skype vasitəsi ilə Lotu Qulidən təhqirlər üçün üzr istəməyi tələb ediblər. Əliyevin ətrafından olan mənbə bildirib ki, onun hamilə arvadına telefon ilə hədə-qorxu gələndə sınıb.

“Qanuni oğru”Nadir Səlifov – Lotu Quli

Təcridxana baş verən hadisə ən nüfuzlu qanuni oğrular arasında müzakirə edilən məsələyə çevrildi. Dekabrın 2-də isə bu hərəkətin cavabı gəldi. İzolyatora baxan qanuni oğru Nukri Doçiya digər məhbuslar ilə “Zayka”ya hücumun yeddi iştirakçısını vəhşicəsinə döyüblər. Ən çox da Topal Nazim və Erdak Lənkəranskinin payına düşüb. Onlar da digər zərərçəkənlər kimi lazarettədirlər.

Hüquq-mühafizə orqanlarında olan mənbənin sözlərinə görə, faktiki olaraq kriminal dünyada yeni müharibə başlayıb, bu müharibənin qurbanı çox olacaq.

Zaur Əliyev (“Zayka” ləqəbini qardaşları və valideynləri belə çağırdığı üçün alıb) Moskvaya 15 il öncə gəlib və azərbaycanlı diasporasında lider mövqeyini tutub. O, buna iki dostunun sayəsində – qanuni oğru Kamo Safaryan (Kamo Qorkovski) və Rəşad İsmayılovun – (Rəşad Gəncinski) nail olub. Əliyevin briqadası Rusiyada iki güclü cinayətkar qruplaşmanın – Lotu Quli və Rövşən Lənkəranskiyə qarşı çıxıblar. Hər iki “qanuni” ilə“Zayka” daima münaqişə vəziyyətində olub.

“Qanuni oğru”Nukri Doçiya (Nurki Qalski)

Səkkiz il bundan öncə Lotu Quli Əliyev ilə əlaqəli olan biznesmenlərdən böyük məbləğdə pul tələb ediblər. Hər iki qrupun nümayəndələri arasında bir sürü “aydınlaşdırmalar”dan sonra qrupların liderləri telefon ilə danışmağı qərara alırlar. Amma söhbət baş tutmur və“Zayka” Lotu Quliyə bir neçə təhqiramiz söz deyir.

Lotu Quli və“Zayka” arasında müharibə səngimir, pik nöqtə isə 2013-2014-cü illərə təsadüf edir. Səlifovun və Əliyevin yaraqlıları bazardan Rövşən Lənkəranskinin adamlarını sıxışdırmağa başlayırlar. Azad edilən yerlərə “Zayka”nın adamları gəlir. Qarşıdurma atışmaya keçir, son illərdə bu qəbildən olan münaqişələr nəticəsində ondan çox adam həlak olub, o cümlədən də Rövşən Lənkəranskiyə yaxın olan, qanuni oğru Rövşən Somaya.

2014-cü ilin noyabr ayında Mİİ əməkdaşları Əliyevi və onun briqadasının dörd üzvünü saxlayırlar. “Zayka”nı, Rövşən Lənkəranskinin və Lotu Qulinin ətrafından olan adamların əksəriyyətinin, o cümlədən də Nazim Hümbətovun (hal-hazırda Podmoskovyedə dörd adamı güllələdiyi üçün mühakimə edilir) saxlanıldığı, “Motrosskaya tişina” izolyatoruna göndərirlər. Bu zaman iki qanuni oğru elə izolyatorda “Zayka”dan əvəz çıxmaq qərarına gəlirlər.

“Qanuni oğru”Kamo Safaryan – Kamo, Kamo Qorkovski

Qanuni oğrular arasında böyük nüfuza malik olan Kamo Safaryan izolyatorda baş verən “qanunsuzluq” məsələsini qaldırdı. Lotu Qulinin nümayəndələri iddia ediblər ki,“Zayka” qanuni oğru olmadığı halda qanuni oğrunu təhqir edib, ona görə də ondan təhqir üçün cavab verməyi tələb etmək olar. “Zayka”ya yaxın olan qanuni oğrular öz mövqelərini bildiriblər: Əliyev Lotu Qulini təhqir edəndə sonuncunun qanunilik səlahiyyəti dayandırılmışdı. Həm də ki, insidentin baş verdiyi səkkiz il müddətində Lotu Qulinin adamları onunla azadlıqda məsələni aydınlaşdıra bilərdilər. Amma nəyə görəsə azadlıqda ona yaxın düşən olmamışdı.

Nəhayət, nüfuzlu qanuni oğrular qrupu hesab edib ki, “Zayka”nın döyülməsinin “Matrosskaya tişina” izolyatorunun baxıcısı Nukri Doçiyanın xəbəri olmadan baş verib. Bundan başqa, insidentdən sonra təcridxanada rejim bir qədər də sərtləşəcək, bu isə “oğru gedişatına” mane olacaq, ona görə də Əliyevi döyənlər cəzalandırılmalıdırlar.

Nəticədə onları da döyüblər.

Mənbənin sözlərinə görə, baş verənlər ilə hal-hazırda ən nüfuzlu oğru Zaxari Kalaşov da maraqlanıb. O bəyan edib ki, azərbaycanlı kriminal klanlar son zamanlar çox “qayda pozurlar” və ona görə də bir sıra azərbaycanlı qanuni oğruların statuslarına yenidən baxmaq lazımdır. Ən azından onların arasında peşəkar killerlərin olduğu üçün. Deyəsən, söhbət Rövşən Lənkəranskinin klanından olan 2013-cü ildə “ad almış” Ülfət Tağıyevdən gedir.

OXŞAR XƏBƏRLƏR