Rusiyada bu gün müxalifətin mitinqləri planlaşdırıldı

Rusiyada bu gün müxalifətin mitinqləri planlaşdırıldı
Bütün Xəbərlər
11:08 04.02.2012
1358
Rusiyada prezident seçkisindən bir ay əvvəl paytaxt Moskva və bir sıra regionlarda bu gün müxalifətin mitinqləri keçiriləcək. 
Moskvada dörd mitinq və bir yürüş planlaşdırılıb. Müxalifətin ən böyük mitinqi Bolotnaya meydanında olacaq. Müxalifətin mitinqləri ilə yanaşı, hakim "Vahid Rusiya" partiyasından prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyasının da keçirilməsi planlaşdırılıb.Moskvada bu gün ictimai asayişin mühafizəsinə 9 minədək polis əməkdaşı cəlb olunub. Mitinqlərlə əlaqədar bir sıra küçələrin bağlandığı, bir neçə metro stansiyasına girişin isə məhdudlaşdırıldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR