Rusiyada dəhşətli yanğın: Ölənlərdən altısı uşaqdır

Rusiyada dəhşətli yanğın: Ölənlərdən altısı uşaqdır
DÜNYA
11:03 29.04.2020
981
Rusiyanın Leninqrad vilayətinin Vıborq şəhərində fərdi evdə baş vermiş yanğın zamanı iki nəfər böyük və altı uşaq ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər ki, bu barədə Vıborq rayonunun Vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.

"İki böyük və bir aydan səkkiz yaşa qədər altı uşaq yanğın nəticəsində ölüb", - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, hadisə zamanı 1940-cı ildə tikilmiş birmərtəbəli taxta fərdi ev yanıb. Fövqəladə Hallar Nazirliyi yanğının 120 kv/m sahəni əhatə etdiyini qeyd edib. Əraziyə üç yanğınsöndürən texnika və 12 nəfər canlı heyət cəlb olunub və yanğın söndürülüb.

Yanğının səbəblərini müəyyən etmək üçün hadisə yerində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR