Rusiyada əcnəbilərin ölkədən çıxarılmasına əsas verən hüquqpozuntuların sayı ikiqat artırılır

Rusiyada əcnəbilərin ölkədən çıxarılmasına əsas verən hüquqpozuntuların sayı ikiqat artırılır
DÜNYA
00:38 03.11.2026
290
Rusiyada əcnəbilərin ölkədən çıxarılmasına əsas verən inzibati hüquqpozuntuların sayı 22-dən 45-ə yüksəldilir.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin miqrasiya xidmətinin bəyanatında bildirilib.

Məlumata görə, bu dəyişiklik sabahdan etibarən qüvvəyə minir.

"2026-cı il noyabrın 3-dən miqrasiya sahəsində pozuntulara görə məsuliyyət sərtləşdirilir. Ölkədən çıxarılma şəklində sanksiya nəzərdə tutan maddələrin ümumi sayı 45-ə çatıb", - DİN-dən qeyd edilib.
OXŞAR XƏBƏRLƏR