Rusiyada koronavirusa yoluxmada növbəti rekord qeydə alındı

DÜNYA
15:45 17.10.2021
504
Rusiyada son sutka ərzində daha 34 303 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 7 992 687 nəfərə çatıb.

Son sutka ərzində 997 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 223 212 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

OXŞAR XƏBƏRLƏR