Rusiyada müharibədən sonra ilk dəfə dünya çempionatı keçiriləcək

Rusiyada müharibədən sonra ilk dəfə dünya çempionatı keçiriləcək
DÜNYA
21:38 25.10.2026
272
Rusiya Ukraynaya qarşı müharibəyə başladığı 2022-ci ildən bəri ilk dəfə olimpiya idman növü üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb.

2030-cu ildə ağır atletika üzrə dünya çempionatı Moskvada keçiriləcək.

Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) məlumat yayıb.

Federasiyanın qərarına əsasən, 2029-cu ildə dünya çempionatı Hindistanın Əhmədabad şəhərində, 2030-cu ildə isə Rusiyanın paytaxtında təşkil olunacaq.

Fransanın "Le Monde” nəşri bu qərarı Rusiya idmanının beynəlxalq təcriddən yavaş-yavaş çıxması istiqamətində növbəti addım kimi qiymətləndirib.

Qeyd olunur ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) iyulun 7-də Rusiya Olimpiya Komitəsinə tətbiq edilmiş məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldırıb.

Bu qərar rusiyalı idmançıların komanda idman növlərinə və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat yarışlarına qayıtmasına yol aça bilər.

Bununla belə, Rusiya idmançılarının beynəlxalq yarışlarda öz dövlət bayraqları və himnləri altında çıxış etmələri məsələsi hələ də tam həllini tapmayıb.
 
///modern///
OXŞAR XƏBƏRLƏR