Rusiyada nazir qalmaqalı

Rusiyada nazir qalmaqalı
Bütün Xəbərlər
00:37 28.09.2011
1410

Dmitri Medvedevin mətbuat katibi Natalya Timakovanın verdiyi məlumata görə Rusiyanın maliyyə naziri Aleksey Kudrin istefa verməyib, baş nazir Vladimir Putinin təqdimatı ilə prezident tərəfindən istefaya göndərilib.

Qeyd edək ki, Rusiya iqtisadiyyatının modernizasiyası və inkişafı üzrə komissiyanın iclasında prezidentlə nazir arasında mübahisə yarandıqdan sonra maliyyə nazirinin jurnalistlərə açıqlama verməsi prezident Dmitri Medvedyevin qəzəblənməsinə səbəb olub. Həmin açıqlamada A.Kudrin bildirib ki, D.Medvedev baş nazir olarsa, mən özümü onun hökumətində görmürəm . Səbəb isə mövcud fikir ayrılıqlarıdır.

OXŞAR XƏBƏRLƏR