Sankt-Peterburq cinayət axtarış şöbəsinin əməkdaşları çoxlu sayda quldurluq və talançılıq cinayətləri törətməkdə şübhəli bilinən azərbaycanlını həbs ediblər.Adı açıqlanmayan Azərbaycan vətəndaşı Orta Asiya respublikalarından olan vətəndaşlara hücum etdikdən sonra isti izlər əsasında həbs olunub. Onun dəfələrlə küçələrdə vətəndaşları hədələyərək pullarını və mobil telefonlarını aldığı ehtimal olunur. Faktla bağlı cinayət işi başlanıb.//APA