Rusiyada vəba şübhəsi: ABŞ səfirliyindən vətəndaşlara xəbərdarlıq

Rusiyada vəba şübhəsi: ABŞ səfirliyindən vətəndaşlara xəbərdarlıq
DÜNYA
11:30 07.10.2026
139
ABŞ-ın Moskvadakı səfirliyi Rusiyanın İrkutsk vilayətində yayılan vəba şübhəsi ilə bağlı xəbərlərə münasibət bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səfirlik İrkutskda bir nəfərin vəba şübhəsi ilə öldüyü, bəzi xəstəxanalarda karantin tədbirlərinin tətbiq edildiyi və bir sıra tibb müəssisələrinin bağlandığı barədə məlumatların izlənildiyini açıqlayıb.

Bölgədə yaşayan ABŞ vətəndaşlarına yerli səhiyyə orqanlarının göstərişlərinə əməl etmək və təsirlənmiş tibb müəssisələrindən uzaq durmaq tövsiyə olunub. Qızdırma və ya tənəffüs yolu əlamətləri yaranacağı təqdirdə dərhal tibbi yardım almaq çağırışı edilib.

İrkutsk vilayətinə səfər edən şəxslərdən isə 14 gün ərzində sağlamlıq vəziyyətlərini izləmələri və yerli mediada yayılan məlumatları diqqətdə saxlamaları istənilib.

Qeyd edək ki, İrkutsk vilayətinin qubernatoru İqor Kobzev oktyabrın 2-də bölgədə bir şəxsdə "xüsusilə təhlükəli infeksiya şübhəsi” ilə bağlı fövqəladə sanitariya və epidemiya əleyhinə komissiyanın iclas keçirdiyini açıqlamışdı.

Həmin gün bəzi sosial media kanallarında vəba ilə mübarizə institutunun əməkdaşlarından birinin "ağciyər vəbası”ndan öldüyü iddia edilmişdi. Rospotrebnadzor isə bir əməkdaşda səbəbi müəyyən edilməyən pnevmoniya aşkarlanmasından sonra xüsusi tədbirlərin görüldüyünü bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR