Rusiyalı futbolçu Lionel Adamsın cansız cəsədi Moskva vilayətinin Zveniqorod şəhərində yaşadığı binanın yaxınlığında tapılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nigeriyalı ata və rus ananın oğlu olan 30 yaşlı futbolçunun ölümü ilə bağlı ziddiyyətli məlumatlar yayılır.
Telegram kanalı "Shot” hadisənin "qarşılıqsız sevgi” səbəbindən intihar ola biləcəyini iddia etsə də, Adamsın anası bu versiyanı təkzib edib və oğlunun sevgilisi olmadığını bildirib.
Məlumata görə, futbolçu bir ay əvvəl zorakılığa məruz qalıb. Hadisənin onun ölümü ilə əlaqəsi istintaq tərəfindən araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.
Gülay










































