Rusiyalı həkim: "Hər onuncu insan peyvəndlərə reaksiya göstərmir"

ÖZƏL
13:50 08.04.2021
561
Dünyanın hər onuncu sakini yalnız COVID-19-a qarşı deyil, həm də digər xəstəliklərə qarşı peyvəndlərə reaksiya vermir.

Rusiyanın Vektor Tədqiqat Mərkəzinin direktoru Rinat Maksyutov bu barədə "İzvestiya”ya verdiyi müsahibəsində bildirib.

"Cəmiyyətdə hər zaman istənilən peyvəndə reaksiya göstərməyən (immunitetin formalaşması baxımından) təxminən 10 faiz əhali var”.

Onun sözlərinə görə, anticismin formalaşmasına bir çox amillər təsir edir - insanın davranışından tutmuş onun immun sisteminin xüsusiyyətinə qədər.

Vektor Tədqiqat Mərkəzinin rəhbəri koronavirusa qarşı hər hansı bir peyvənddən sonra yoluxma şansının olduğunu da vurğulayıb.

O qeyd edib ki, çox vaxt bu, tam immunitetin yaranması üçün lazım olan vaxtın keçməməsi ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR