Rusiyalı olimpiya çempionu: 'Azərbaycan boksu dünyada 2-ci yerdədir' - MÜSAHİBƏ

Rusiyalı olimpiya çempionu:
İDMAN
11:47 30.01.2012
1814
Qaydarbek Qaydarbekov: “Baku Fires-ın boksçuları öz səviyyələrini kifayət qədər artıra biliblər”Bu günlərdə 2004-cü ilin olimpiya çempionu, 2000-ci il Olimpiadasının gümüş mükafatçısı, Rusiya yığmasının heyətində Avropa çempionu, Dağıstanın keçmiş məşhur boksçusu Qaydarbek Qaydarbekov Bakıya gəlmişdi. Rusiyanın Əməkdar idman ustası Azərbaycan paytaxtına səfəri zamanı eləcə də Baku Fires və Istanbul Bosphorus boks komandalarının WSB versiyası üzrə görüşünü işləyib. AZXEBER.COM portalı 2004-cü ilin olimpiya çempionu, rusiyalı boksçu Qaydarbek Qaydarbekovun müsahibəsini təqdim edir.- Bakı sizin xoşunuza gəldi?- Havanın soyuq olmasına baxmayaraq burada olmaqdan məmnun qaldım. Mənim Azərbaycanda çoxlu dostum və tanışım var. Mən bura onları görməyə, həmçinin həmyerlilərimin də çıxış etdiyi Baku Fires komandasının matçını izləmək üçün gəldim. - Azərbaycan komandasının türklərlə matçı sizdə hansı təəssuratları oyatdı?- Möhtəşəm şou və əla döyüşlər oldu! Ən yaxşı təəssüratlar oyatdı məndə. Baku Fires-ın boksçuları əla çıxış edərək 5:0 hesablı qələbə qazandılar. Və təkcə bu matçda belə olmur. Bildiyimə görə, komandanız məğlubiyyətsiz irəliləyir və mövsümdə qələbəyə ən əsas favoritlərdən biridir. - Qeyd etdiniz ki, sizin bir neçə həmyerliniz Azərbaycan klubunun şərəfini qoruyur. Ayrıca olaraq kimisə fərqləndirə bilərsiniz?- Bilirsiniz, bu matçda Baku Fires boksçularının beşi də konkret olaraq çox yaxşı döyüş sərgilədi. Uşaqların hamısı qələbə qazandı. Kimsə rəqibi vaxtından qabaq məğlub etdi, kimsə beş raundun hamısını döyüşməli oldu. Lakin ümumilikdə bütün boksçular özlərini yaxşı tərəfdən göstərdilər. - Baku Fires-ın bir çox boksçularını siz yaxşı tanıyırsınız. Onların bugünki hazırlıq səviyyəsi necədi?- Deyə bilərəm ki, onlar öz səviyyələrini əhəmiyyətli dərəcədə artıra biliblər. Uşaqlar onlar üçün Azərbaycanda yaradılmış şəraitdən çox razılıq edirlər. Onlar burada inkişaf edirlər. Fürsətdən istifadə edərək, ölkənizin rəhbərliyinə, Azərbaycan Boks Federasiyasının rəhbərlərinə və Baku Fires klubuna boksa göstərdikləri dəstəyə görə öz təşəkkürümü bildirmək istərdim.  - Azərbaycanlı boksçularla rinqdəki görüşlərdən yaddaşınızda hansı xatirələr qalıb?-Hər zaman paylaşdığımız çox xoş xatirələr qalıb. Bax, elə bu yaxında Surqutda keçirilən turnirdə görüşdük. Daim ünsiyyətdə oluruq, əlaqə saxlayırıq. Mənimlə eyni vaxtda boks yarışlarında çıxış edən Rövşən Hüseynovla və digər boksçularınızla çox yaxşı münasibətlərimiz var. -Rusiya boksunun şərəfi üçün çalışmağa davam edirsinizmi?-Mən indi Dağıstanın Bədən tərbiyəsi və idman nazirliyində işləyirəm, respublika üzrə boks yarışlarına rəhbərlik edirəm. Boks məktəbləri açırıq, məşğul olduğumuz idman növünün dirçəldilməsi üçün əlimizdən gələni edirik. Demək olar ki, Baku Fires-də əsasən elə bizim yetirmələrimiz çıxış edir (gülümsəyir). Azərbaycanda yaradılan şərait hələ ki Dağıstanda yoxdur. Biz bu uşaqlara görə fəxarət hissi keçiririk, Azərbaycana görə qürur duyuruq. -Qarşıdan Olimpiya oyunları gəlir. Azərbaycan və Rusiya yığmalarının Londondakı perspektivlərini necə görürsünüz? - Olimpiada elə bir idman yarışıdır ki, əvvəlcədən nəsə demək çox çətindir. Azərbaycan dünya çempionatında nəyə qadir olduğunu sübuta yetirib. Sizin dünya çempionunuz da, gümüş medalçınız da var. Ona görə də medal qazanmaq şanslarınız daha çoxdur. Dünya çempionatının yekunlarına görə, Azərbaycan boksu Ukraynadan sonra dünyada 2-ci yerdədir. Bu çox şeydən xəbər verir. Rusiya boksuna gəldikdə isə son vaxtlar bir qədər zəifləmə hiss olunur, ancaq buna baxmayaraq, Londonda mükafat qazanmaq əzmimiz böyükdür. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:44 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Nazir müavini Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
17:43 04.06.2026
Nazir müavini Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA