Rusiyalı politoloq: "Ermənilər könüllü şəkildə bir rayonu qaytara bilərdilər"

Rusiyalı politoloq: "Ermənilər könüllü şəkildə bir rayonu qaytara bilərdilər"
SİYASƏT
19:16 17.10.2018
3285

Ermənistanda stabilliyin pozulması və digər faktorları nəzərə alsaq, Qarabağ münaqişəsinin "dondurulması” uzun müddət davam edə bilməz.

Bu fikirləri Oxu.Az-ın müxbiri ilə söhbətində rusiyalı politoloq, Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Qarabağ ətrafındakı Azərbaycan rayonlarının geri qaytarılması ilə bağlı danışıqlar, həqiqətən də, çoxdur. Ancaq bu, danışıqdan başqa bir şey deyil, çünki "Lavrov planı” deyilən bir şey yoxdur.

"Hətta Sergey Lavrov özü də demişdi ki, istənilən son 25 ildə qəbul edilən sənədlər əsasında belə "plan” təşkil edə bilər. Əgər bu gün Moskva belə bir addım atsaydı, Ermənistanı itirərdi”, - politoloq bildirib.

Müsahibimiz əlavə edib ki, bundan başqa, Moskva Yerevanı belə şantaj edə bilməz, çünki ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir hissəsi olmasını və digər faktorları nəzərə alsaq, bunun vəziyyəti gərginləşdirəcəyi aydındır.

Politoloqun fikrincə, 2014-cü ilə qədər Ermənistan ilk olaraq rayonlardan birini Azərbaycana qaytara bilərdi.

"Əminəm ki, Azərbaycan burada nümunəvi iqtisadi quracaqdı. Və bu Bakıda yaxşı alınardı”, - ekspert qeyd edib.

Trofimçuk bəyan edib ki, indi bunu etmək olmaz, çünki ümumi regional və geosiyasi parametrlər sərtləşdirilib.

"Güclü dünya oyunçularının maraq zonasına daxil olan, eyni zamanda, burada bioloji laboratoriyaların yerləşdirilməsi planını nəzərə alaraq, Qarabağ və ətrafındakı rayonlara xüsusi əməliyyat meydanı kimi baxmaq lazımdır”.

Ermənistanın köməyilə "yiyəsiz” yerə çevrilən bu ərazidə belə obyektlər yerləşdirmək çox asandır. Əlbəttə, Azərbaycan Qarabağ və ətrafındakı rayonları qaytara bilər. Ancaq təsəvvür edin ki, bu zaman Cənubi Qafqazda vəziyyət necə olacaq və bu "yanan plazma” nələrə səbəb olacaq. Burada lokal və izolyasiya edilmiş müharibə olmayacaq”, - Trofimçuk bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
13:30 14.10.2026
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
Bakıda 14 küçə və prospekt təmir ediləcək
13:29 14.10.2026
Bakıda 14 küçə və prospekt təmir ediləcək
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
13:27 14.10.2026
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
13:20 14.10.2026
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
13:12 14.10.2026
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
13:06 14.10.2026
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
12:48 14.10.2026
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi