Rusiyanı 'Eurovizion-2013'də bu müğənni təmsil edəcək
MƏDƏNİYYƏT
14:23 19.02.2013
1630
Bu il İsveçdə keçiriləcək "Eurovizion-2013" mahnı müsabiqəsinin Rusiya təmsilçisinin adı məlum olub. Şimal qonşumuzu bu mötəbər musiqi yarışında "Səs" televiziya şousunun qalibi olan Kazan sakini Dina Qaripova təmsil edəcək.Dina Qaripova "ölkənin ən yaxşı səsi" adı uğrunda müsabiqənin finalında bütün Rusiyadan və MDB ölkələrindən olan 48 ifaçını geridə qoyub. Rusiyanın Birinci kanalının 1 milyondan çox tamaşaçısı Dina Qaripovaya səs verib.