2013-cü ildə Rusiyada dollar milyarderlərinin sayı 131 nəfərə çatıb.
Bu, Rusiya tarixində rekord hesab olunur.AZXEBER.COM-un Lenta.Ru-ya istinadən xəbər verir ki, müvafiq reytinqi tərtib edən CEO jurnalının məlumatına görə, milyarderlərin sayı il ərzində 11 nəfər artıb.Siyahıda ilk onluğa “LUKoyl”un Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovda daxil edilib. Onun əmlakı 12,03 mlrd. dollar həcmində qiymətləndirilib.2012-ci ildə Rusiyada əmlakının qiyməti milyarddan çox olan 120, 2011-ci ildə isə 114 iş adamı qeydə alınıb. Ən aşağı göstərici isə böhranlı 2009-cu ildə olub - 49 nəfər.CEO versiyasına görə, Rusiyanın ən varlı insanı “Metalloinvest”in sahibi Əlişir Usmanovdur. Onun əmlakı 18,72 mlrd. dollar həcmində qiymətləndirilir. Usmanov “Bloomberg” və “Forbes”in reytinqlərinə görə də birinci yeri tutur.