Rusiyanın Ukrayna-Polşa sərhədində zərbə endirdiyi qatarda Boris Conson və Mertsin müşaviri də olub

Rusiyanın Ukrayna-Polşa sərhədində zərbə endirdiyi qatarda Boris Conson və Mertsin müşaviri də olub
DÜNYA
18:09 13.09.2026
698
Bu gün Rusiya Ordusunun Ukraynanın Volın vilayətində, Polşa sərhədindən 2 kilometr məsafədə pilotsuz uçuş aparatı (PUA) ilə lokomotivinə zərbə endirdiyi sərnişin qatarında Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və Almaniya kansleri Fridrix Mertsin müşavirlərindən Günter Zautter olub.

Bu barədə "Der Spiegel” nəşri mənbələrinə istinadən məlumat yayıb.

"Ukrzaliznitsya”nın məlumatına görə, Polşa sərhədindən 2 kilometr məsafədə sərnişin qatarının lokomotivinə zərbə endirilib. Nəşrin məlumatına əsasən, Mertsin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavir olan Günter Zautter Kiyevdən Polşa istiqamətində hərəkət edən bu qatarda olub.

Qatar səhər saat 5 radələrində Polşa sərhədinin yaxınlığında dayanıb. PUA hücumları səbəbindən sərnişinlərin bir hissəsi təxliyə edilib.

Nəşr qeyd edib ki, Zautter Kiyevdə Böyük Britaniya, Fransa və İtaliyanın təhlükəsizlik məsələləri üzrə müşavirləri, eləcə də Ukrayna hökuməti ilə birlikdə Rusiya ilə mümkün sülh danışıqlarını müzakirə edib. Sentyabrın 12-də o, "YES Annual Meeting 2026” beynəlxalq təhlükəsizlik konfransında iştirak edib.

Zautterdən başqa, qatarda digər Avropa hökumətlərinin təhlükəsizlik məsələləri üzrə müşavirləri, Bundestaq deputatları, diplomatlar və alimlər də olub. Boris Conson da konfransdan sonra bu qatarla Polşaya qayıdırmış.

///apa.az///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb