Müxalifət mətbuatının yazdıqlarından və bəzi müxaliflərin açıqlamalarından belə anlaşılır ki, Milli Şura sabahkı toplantısında Rüstəm İbrahimbəyovun qurum adından prezidentliyə vahid namizədliyini irəli sürəcək.
Ancaq dəfələrlə qeyd etdiyimiz kimi, radikalların bir araya gəldiyi Milli Şuranın seçkilərdə istər Rüstəm İbrahimbəyovun, istərsə də digər şəxsin namizədliyi ilə iştirakı həmin düşərgə üçün heç bir uğur gətirməyəcək.Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva dilə gətirib.Onun dediyinə görə, çünki Azərbaycan cəmiyyətində müxalifətə, xüsusilə, radikallara, onların zorla bir araya gətirildikləri Milli Şuraya inam və dəstək yoxdur.Millət vəkili bildirib ki, 1993-cü ildən bu yana dəfələrlə vədlər verib, sonda onu aldadan müxalif düşərgənin radikal kəsiminə artıq Azərbaycan cəmiyyəti birmənalı “yox” deyib, eyni zamanda, həmin vaxtdan öz uğurlu seçimini, indiki iqtidara öz taleyini etibar edib və indi də seçimini dəyişmək fikrində deyil:“Milli Şuraya gəlincə, hər zaman dediyimiz kimi, orada ambisiyalı, iddialı, bir-birini bəyənməyən, hər fürsətdə bir-birinə badalaq gələn, eyni zamanda, öz iddiaları ilə imkanlarını uzlaşdıra bilməyib, hər dəfə uğursuzluğa düçar olan şəxslər toplaşıblar, müəyyən maraqlı dairələrin sifarişi və təkidi ilə zorla bir araya gətiriliblər. Bu, elə onların hər addımında özünü büruzə verir.Əgər deyildiyi kimi, sabah bu qurum öz vahid namizədini – Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürsə belə, sonadək bu mövqeyində duruş gətirə bilməyək. Seçkilərə rəsmi start verilən ərəfədə və ya namizədlərin irəli sürülməsinin sonlarına yaxın ən azı Müsavat Partiyası öz mövqeyindən imtina edəcək, öz namizədi ilə seçkilərə qatılacaq.Bunu onların-müsavatçıların İsa Qəmbərin “Rüstəm İbrahimbəyov Müsavatın da vahid namizədidir” açıqlamasına münasibətindən də aydın sezmək olur. Əslində, bu açıqlamanın özü də Müsavat liderinin siyasi gedişi sayıla bilər.Görünür həmin şəxs “Müsavat müxalifəti parçalayır” ittihamlarından yayınmaq üçün belə bir açıqlama ilə çıxış edir və məqamı yetişəndə də Müsavat öz namizədi ilə seçkilərə qatılacaq.Fakt da faktlığında qalır ki, indiyə qədər bu partiya namizəd məsələsində heç kimə güzəştə getməyib və bu dəfə də getməyəcək”.Bununla yanaşı millət vəkili onu da bildirib ki, əslində müxalifətdə, radikallarda-Milli Şurada baş verənlər onların öz işləridir və bu, hakim partiya üzvlərini bir o qədər də maraqlandırmır:“Əsas odur ki, Azərbaycan cəmiyyəti, onun ən avanqard hissəsi olan YAP öz seçimini edib - Prezident İlham Əliyevin yenidən vahid namizədliyini irəli sürüb və bu seçimin də növbəti dəfə uğurla sonuclanacağına heç kimin şübhəsi yoxdur”.