'Rüstəm İbrahimbəyovun vahid namizədliyi Milli Şuraya uğur gətirməyəcək' - Kamilə Əliyeva

SİYASƏT
10:38 27.06.2013
1999

Müxalifət mətbuatının yazdıqlarından və bəzi müxaliflərin açıqlamalarından belə anlaşılır ki, Milli Şura sabahkı toplantısında Rüstəm İbrahimbəyovun qurum adından prezidentliyə vahid namizədliyini irəli sürəcək.

Ancaq dəfələrlə qeyd etdiyimiz kimi, radikalların bir araya gəldiyi Milli Şuranın seçkilərdə istər Rüstəm İbrahimbəyovun, istərsə də digər şəxsin namizədliyi ilə iştirakı həmin düşərgə üçün heç bir uğur gətirməyəcək.Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva dilə gətirib.Onun dediyinə görə, çünki Azərbaycan cəmiyyətində müxalifətə, xüsusilə, radikallara, onların zorla bir araya gətirildikləri Milli Şuraya inam və dəstək yoxdur.Millət vəkili bildirib ki, 1993-cü ildən bu yana dəfələrlə vədlər verib, sonda onu aldadan müxalif düşərgənin radikal kəsiminə artıq Azərbaycan cəmiyyəti birmənalı “yox” deyib, eyni zamanda, həmin vaxtdan öz uğurlu seçimini, indiki iqtidara öz taleyini etibar edib və indi də seçimini dəyişmək fikrində deyil:“Milli Şuraya gəlincə, hər zaman dediyimiz kimi, orada ambisiyalı, iddialı, bir-birini bəyənməyən, hər fürsətdə bir-birinə badalaq gələn, eyni zamanda, öz iddiaları ilə imkanlarını uzlaşdıra bilməyib, hər dəfə uğursuzluğa düçar olan şəxslər toplaşıblar, müəyyən maraqlı dairələrin sifarişi və təkidi ilə zorla bir araya gətiriliblər. Bu, elə onların hər addımında özünü büruzə verir.Əgər deyildiyi kimi, sabah bu qurum öz vahid namizədini – Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürsə belə, sonadək bu mövqeyində duruş gətirə bilməyək. Seçkilərə rəsmi start verilən ərəfədə və ya namizədlərin irəli sürülməsinin sonlarına yaxın ən azı Müsavat Partiyası öz mövqeyindən imtina edəcək, öz namizədi ilə seçkilərə qatılacaq.Bunu onların-müsavatçıların İsa Qəmbərin “Rüstəm İbrahimbəyov Müsavatın da vahid namizədidir” açıqlamasına münasibətindən də aydın sezmək olur. Əslində, bu açıqlamanın özü də Müsavat liderinin siyasi gedişi sayıla bilər.Görünür həmin şəxs “Müsavat müxalifəti parçalayır” ittihamlarından yayınmaq üçün belə bir açıqlama ilə çıxış edir və məqamı yetişəndə də Müsavat öz namizədi ilə seçkilərə qatılacaq.Fakt da faktlığında qalır ki, indiyə qədər bu partiya namizəd məsələsində heç kimə güzəştə getməyib və bu dəfə də getməyəcək”.Bununla yanaşı millət vəkili onu da bildirib ki, əslində müxalifətdə, radikallarda-Milli Şurada baş verənlər onların öz işləridir və bu, hakim partiya üzvlərini bir o qədər də maraqlandırmır:“Əsas odur ki, Azərbaycan cəmiyyəti, onun ən avanqard hissəsi olan YAP öz seçimini edib - Prezident İlham Əliyevin yenidən vahid namizədliyini irəli sürüb və bu seçimin də növbəti dəfə uğurla sonuclanacağına heç kimin şübhəsi yoxdur”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:44 27.10.2021

Türkiyədə koronavirusa yoluxanların sayı açıqlandı

00:28 27.10.2021

Saatlı sakinlərindən 3 kilodan çox narkotik götürülüb

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”