Röya müğənni Eltonu döydütdürdü, Tolik: 'Allah Röyanın bəlasını versin' dedi - QALMAQAL

Röya müğənni Eltonu döydütdürdü, Tolik:
MAQAZİN
23:20 20.11.2012
13547
Bu gün mətbuatda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (keçmiş Hərbi Komissarlıq) Mingəçevir şəhər şöbəsinin rəhbəri Əqid Bayroyevin işdən çıxarılmasının səbəbləri haqda yazılıb.  “AZXEBER.COM “Azpoltika.info” saytına istinadən yazıb ki, Əqid Bayroyev oktyabrın 4-də Yevlax rayonunda bir məclis təşkil edib və Bakıdan bir neçə müğənnini də həmin məclisə aparıb. Məlumatda bildirilir ki, müğənnilər arasında Röya və Elton da olub. “Azadlıq”ın bu mövzuda yazdığı məqalədə bildirilir ki, məclisdəki atmosferdən xoşlanmayan Elton oranı tərk etmək istəsə də müqavimətlə üzləşib. Onunla Əqid Bayroyev arasında mübahisə yaranıb. Elton üzləşdiyi vəziyyətlə bağlı hakimiyyətə yaxın olan Rusiyada yaşayan dostlarına məlumat verib. Onlar da Bakıya telefon açdıqdan dərhal sonra DIN-in xüsusi təyinatlıları Yevlaxa doğru istiqamət götürüblər. Məlumata görə, xüsusi təyinatlılar Əqid Bayroyevi Röya ilə birlikdə saxlayaraq Bakıya gətiriblər. Polis idarələrindən birində hər ikisinin ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar, bir gün sonra isə Əqid Bayroyev tutduğu vəzifədən azad olunub. Araşdırma zamanı Röyanın “halının yaxşı olmadığı” da üzə çıxıb. Bu hadisədən sonra müğənninin ailəsində ciddi problem yaranıb. Bu mövzu ilə bağlı “Yeni Müsavat”a yeni məlumat daxil olub. Məlumatlı mənbənin dediyinə görə, əslində hadisə başqa cür olub. Röya ilə Eltonun arasında uzun müddət imiş ki, mahnı üstündə mübahisə yaşanıbmış. Elton bu günlərdə Röyanı mübahisə zəminində hədələyib. Bundan sonra hər iki müğənni arasında mübahisə daha da böyüyüb. Mənbə bildirir ki, Röya bununla bağlı uzun müddətdir dostluq etdiyi Əqid Bayroyevdən xahiş edib ki, Eltonu cəzalandırsın. Hərbi komissar da eləməyib tənbəllik, Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini şillələyəndən sonra onun başına silah dirəyiblər. Ona “bir də Röyaya gözün üstə qaşın var desən, səni öldürərik” tipində hədə-qorxu gəliblər. Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etsin. Elton da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ)rəisi Mirqafar Seyidovun adlına şikayət ərizəsi yazır. Mənbəmiz deyir ki, bundan sonra əməliyyat hazırlanır. “Bandotdel”in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək idarəyə aparırlar. Bundan sonra Elton da BMCMİ-nə dəvət olunur. Müstəntiq müğənniləri üzləşdirib və Röya Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını rəsmən etiraf edir.Xatırladaq ki, bu günlərdə Röya telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirib. Deyilənə görə onun bu sesnsasion bəyanatı bu hadisə ilə bağlıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü