Saakaşvili qərar verdi: 'Mənim partiyam müxalifətə keçir'

Saakaşvili qərar verdi:
DÜNYA
16:05 02.10.2012
2093
Gürcüstan prezidenti Mixail Saakaşvili qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının müxalifətə keçdiyini bəyan edib.
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili bildirib ki, dövlət başçısı olaraq yeni parlamentin fəaliyyətə başlayaraq sədr seçməsini və yeni hökuməti formalaşdırmasını təmin etməyə çalışacaq: “Vahid Milli Hərəkatın lideri olaraq bəyan edirəm ki, bizim partiyamız müxalifətə keçir. Biz müxalif güc olaraq ölkənin gələcəyi haqda düşünəcəyik və son illər ölkə naminə nə yaradılıbsa, onu qorumaq üçün mübarizə aparacağıq. Bu nailiyyətlər sayəsində Gürcüstan bütün dünyada məşhurlaşıb, ölkəmizə simpatiya duyulur və həmin nailiyyətlərin yaxın aylar və illər ərzində məhvini təsəvvürə belə gətirmək imkansızdır”.M. Saakaşvili bəyan edib ki, “Gürcü Arzusu” koalisiyasının baxışlarını qəbul etmir və aralarında dərin fərqlər var: “Biz hesab edirik ki, onların baxışları doğru deyil. Lakin qərarı gürcü xalqının əksəriyyəti qəbul edib və biz bu seçimə hörmətlə yanaşırıq. Bizim “Qızılgül inqilabı”ndan sonra əldə etdiklərimiz ölkə tarixi baxımından çox əhəmiyyətli olmaqla yanaşı, dövlətçilik tariximizin də ən maraqlı dövrlərindən biridir”.Dövlət başçısı tərəfdarlarına təşəkkür edərək bir daha bildirib ki, Gürcüstanın mövcud inkişaf kursunun alternativi yoxdur: “Biz buna inanaraq mübarizəmizi davam etdirəcəyik - bu günün çağırışları nə olursa olsun!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir