Saatlı polisindən yeni əməliyyat

Saatlı polisindən yeni əməliyyat
Bütün Xəbərlər
10:26 04.09.2014
528
Üzərində heroin və tiryək gəzdirən şəxs Saatlı polisi tərəfindən saxlanılıb.Polis müəyyən edib ki, rayonun Qaranuru kənd sakini Elçin Əhmədov narkotik vasitələrin qanunsuz dövriyəsilə məşğul olurmuş.Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə heroin, həmçinin xalis çəkisi 22.4 qram olan kibrit qutusunda saxlanılan tiryək aşkar edilib.Saxlanılan şəxsin etirfaından sonra onun evinə də baxış keçirilib. Onun evindən də 37.9 qram tiryək aşkar edilərək götürülüb. Elçin Əhmədov polisə verdiyi ifadəsində narkotik alüdəçisi olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR