Saatlıda təcili tibbi yardım maşını qəzaya uğrayıb.
Hadisə Saatlı-İmişli-Beyləqan-Bəhramtəpə magistral yolunun Əlisoltanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Saatlı Rayon Mərkəzi xəstəxanasının təcili yardım maşınının sürücüsü Vaqif Heydərov çağırışa gedən zaman Naxçıvan sakini, 1994-cü il təvəllüdlü Əhmədov Nihad Xudaverdi oğlunun idarə etdiyi "Mercedes” markalı minik maşını ilə toqquşub.
Nəticədə xəsarət alan "Mercedes”in sürücü Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı N.Əhmədovun yuxulu olduğu bildirilir.
oxu.az