SABİR RÜSTƏMXANLIDAN GÜNEYƏ MƏKTUB

Bütün Xəbərlər
15:33 03.02.2011
1783


DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda bildirilib ki, Rusiya ilə Qacar səltənəti arasında baş verən müharibədən sonra Gülüstan və Türkmənçay müqaviləsinin şərtləri əsasında Azərbaycanın ikiyə bölünüb: “Bu siyasi bölgü bizi heç vaxt ayıra bilməmişdir; eyni ləhcə ilə danışır, eyni acıları yaşayır, eyni mahnıları oxuyur, eyni ağılara ağlayırıq... Türk dünyasını parçalamaq istəyən böyük güclərin yardımı ilə keçən əsrin 20-ci illərində İranın min illik türk hakimiyyəti devrilib farslara təslim edildi. Bütün bunlara baxmayaraq, İran adlanan ölkədə 35, Azərbaycan Respublikasında 10 milyon türk yaşayır. Son min ildə İranı birləşdirib böyük dövlətə çevirən, Səlcuq, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərini quranlar bizik. Azərbaycan türkləri!” 
Məktubda İranın Ermənistanla da sıx əlaqələr qurması da pislənilib və Azərbaycan türkləri dövlətin bu siyasətinə qarşı çıxmağa çağırılıb: “Dildə özünü İslam Cümhuriyyəti elan edən ölkə 22 ildir terrorçu xristian dövləti olan Ermənistanı bəsləməkdə, ona yardım etməkdədir”.

 

İranda insan hüquqlarının pozulmasına da diqqəti yönəldən S. Rüstəmxanlı məktubunda zülm və ədalətsizliyin məhşərə kimi davam edə etməyəcəyini qeyd edib: “İraqın, Əfqanıstanın taleyi göstərir ki, xoşbəxtliyi, demokratiyanı, ədaləti kənardan gözləmək gülünc və xəyanətdir. Ancaq əmir, şah, kral, şeyx, ayətullah, prezident, baş nazir adı altında müsəlman dünyasına hakim kəsilmiş despotizmin, tirançılığın, qanunsuzluğun, milli və insani haqların tapdalanmasının da bir sonu olmalıdır və olacaq! Torpaqlarımızı erməni işğalından təmizləyəcəyimizə, tarixi ərazilərimizdə Bütöv, Azad, Demokratik, İnkişaf etmiş bir Azərbaycan quracağımıza inanırıq!”

OXŞAR XƏBƏRLƏR