Martın 14-də Azərbaycanda mülayim hava müşahidə olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında martın 14-də havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.Azərbaycan rayonlarında da hava gecə əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Gecə və axşam əsasən şimal və qərb rayonlarında yağıntı olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.