Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq
Bütün Xəbərlər
15:24 21.09.2015
882
Cənub küləyi əsəcək.
Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturu gecə 18-22, gündüz 26-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperatur gecə 15-20, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR