Sabah ölkənin bəzi yerlərində temperaturun 40˚-yə qədər yüksələcəyi ehtimal olunur.
ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, avqustun 14-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Avqustun 14-də havanın temperaturu Abşeron yarımadasında gecə 23-26˚, gündüz 32-37˚, Bakıda gecə 24-26˚, gündüz 35-37˚ isti olacaq.
Avqustun 14-də Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚ isti, dağlarda gecə 15-20˚, gündüz 27-32˚ isti olacaq.