Sabah Bakıda qar yağacaq

Sabah Bakıda qar yağacaq
Bütün Xəbərlər
17:33 05.02.2014
3813

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

Bu barədə AZXEBER.COM-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, səhər ayrı-ayrı yerlərdə duman olacaq.Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 2-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında fevralın 6-da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-22, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR