Sabah bu rayonda qaz fasilə ilə veriləcək

Sabah bu rayonda qaz fasilə ilə veriləcək
SOSİAL
20:46 15.07.2026
252
Sabah Sabirabadın bəzi hissələrində qaz təchizatı dayandırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Sabirabad şəhərinin bir neçə küçəsinin və rayonun Əsgərbəyli, Qasımbəyli, Muradbəyli, Qalaqayın, Yuxarı Axtaçı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR