Sabah Məhərrəm ayı bitir

Sabah Məhərrəm ayı bitir
SOSİAL
13:19 13.07.2026
302
Məhərrəm ayı sabah, iyulun 14-də başa çatır.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.

Onun sözlərinə görə, İmamın 40 mərasimi (Ərbəin - Həzrət İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətindən keçən 40 gün nəzərdə tutulur) avqustun 4-də qeyd olunacaq.

Səfər ayı isə iyulun 15-də başlayacaq, avqustun 13-də başa çatacaq.

Xatırladaq ki, bu il məhərrəm ayı miladi təqvimlə iyunun 16-da başlayıb. İyunun 25-də Aşura qeyd olunub.
OXŞAR XƏBƏRLƏR