Oktyabrın 22- si saat 15.00-da “Ali və Nino” kitab evində (Nizami, 91 (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) gənc yazar, kulis.az dərgisinin baş redaktoru Qan Turalının “Mustafa” romanın imza günü keçiriləcək. Baş qəhrəmanın adıyla adlandırılan kitab 2000-ci illərin gəncliyinin qarşılaşdığı fərdi və siyasi təbəddülatlardan bəhs edir. Melanxolik ovqatda yazılmış romanın baş qəhrəmanının sevgi və siyasətdən aldığı zərbələr onu həbsxanaya gətirir. Romanın məzmununu “Mübarizə mütləq, məğlubiyyət labüddür” cümləsi ilə ifadə etmək olar. Yazıçı roman boyu yalnız Mustafanın başına gəldiyi hadisələri yazmaqla kifayətlənmir, eləcə də onun keçdiyi düşüncələr burulğanı, düşüncə dünyasını da təsvir edir.