“Sabah” üçün ən vacib oyun - Saat neçədə, hansı telekanalda?

“Sabah” üçün ən vacib oyun - Saat neçədə, hansı telekanalda?
İDMAN
01:21 11.08.2026
218
Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah” – "Orhus" matçı baş tutacaq. 

AZXEBER.COM xəbər verir ki, qarşılaşma avqustun 11-də "Bank Respublika Arena”da keçiriləcək. 

Qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək. Oyun İctimai TV-dən canlı yayımlanacaq.

Bakıdakı matçı Fransadan olan hakim Villi Delajod idarə edəcək. 

Qeyd edək ki, indiyədək oyun üçün 7 minə yaxın bilet satılıb.

Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri "iticket.az” saytından, həmçinin "Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
OXŞAR XƏBƏRLƏR